"Globe Soccer Awards" mükafatına görə 2025-ci ilin ən yaxşı komandası adına namizədlər açıqlanıb.
Publika.az xəbər verir ki, siyahıya "Əl-Əhli" (Qahirə, Misir), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Flamenqo" (Braziliya, "Liverpul" (İngiltərə), PSJ (Fransa) və Sporting (Lissabon, Portuqaliya) klubları daxil edilib.
Mükafatın 2025-ci il dekabrın 28-də Dubayda təqdim olunması planlaşdırılır. 2024-cü ildə bu ada "Real" layiq görülüb.