Medianews.az
İldırım vurub öldürdü -
133 baxış

İldırım vurub öldürdü - Dünya turuna çıxmışdı

Peruda dünya turuna çıxan 29 yaşlı velosipedçi  Florian Berqin meyidi tapılıb. 

Medianews.az xəbər verir ki, 17 yanvarda o, Peruda Huaraz şəhərindən Pastoruri buzlaqına yola düşüb.

And dağlarında ildırım çaxıb və Florian çadıra sığınıb. O, Perudakı Almaniya səfirliyinə həyəcan siqnalı göndərib. Lakin biraz sonra ildırım onu ​​vurub. Velosipedçinin GPS izləyicisi sıradan çıxıb. Xilasedicilər onu yalnız çobanların sayəsində tapa biliblər. Hadisə yerində Berqin meyitini, çadırını və velosipedini tapıblar.

Velosipedçi Florian Berq dünyanı təkbaşına velosipedlə səyahət edirdi. Səyahətin məqsədi iqlim dəyişikliyi ilə bağlı məlumatlılığı artırmaq idi. Cənubi Amerika onun səyahətinin son mərhələsi idi.

Hadisədən iki gün əvvəl Berq dünya səyahəti zamanı gəldiyi nəticələri sosial mediada paylaşıb. "Bu il mənə cavablar vermədi, amma aydınlıq gətirdi. Zaman anlayışını anlamağıma kömək etdi. Dözümlülük. Və necə yaşadığımıza, necə davrandığımıza və sahib olduğumuz yeganə evi necə qoruduğumuza görə məsuliyyət daşıdığımızı", - deyə o yazıb.

Medianews.az

Bizə qoşulun