Ukraynada davam edən şiddətli döyüşlər maraqlı hadisələrlə də yadda qalır.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, müqəddəslərdən birinin ikonası döyüşçülərdən birinin həyatını xilas edib. Söhbət "Dnepr" Döyüş Qüvvələri Qrupunun 11-ci əlahiddə Hava-Desant Hücum Briqadasında xidmət edən əsgərdən gedir. Briqada komandirinin dini məsələlər üzrə köməkçisi Maksim adlı keşiş sayta açıqlamasında deyib ki, ikona qəlpələrin ürəyinə girməsinin qarşısını alıb.
"Bu yaxınlarda uşaqlar mənə içərisində qəlpə parçası olan sadə, laminatlaşdırılmış ikona göstərdilər. İkona hələ də onun(əsgərin-red.) üzərində idi",-keşiş qeyd edib.