Medianews.az
İki dəfə xərçəngi məğlub etdi –
82 baxış

İki dəfə xərçəngi məğlub etdi – 81 yaşında həllə də işləyir

Kaliforniyanın kənd bölgəsində yaşayan Kathy Curtis 81 yaşındadır.

Medianews.az xəbər verir ki, o, iki dəfə xərçəng, beyin şişi və çətin əməliyyatlar keçirib. Buna baxmayaraq, o, hələ də yarımştat işləyir və işi onun üçün “sosial fəaliyyət” sayılır.

Curtis gəncliyindən müxtəlif sahələrdə çalışıb. Bir dövrdə eyni anda dörd iş görmək məcburiyyətində qalıb. 2010-cu ildə süd vəzisi xərçəngi, üç il sonra beyin şişi diaqnozu alıb. 2011–2013-cü illərdə sağlamlıq səbəbi ilə işləyə bilməyib.

Son illər sağlamlığı stabildir. O, yerli su şirkətində müştəri xidmətləri və məlumatların daxil edilməsi üzrə çalışır. “İş mənə insanlarla ünsiyyət imkanı verir, əks halda evdə qalardım” – deyə bildirir.

Curtis ömrü boyu maddi çətinliklər yaşayıb, lakin “peşmanlıq zaman və enerji itkisidir”, – deyə düşünür. O, nəvələrinə dəstək olur, ailəsi ilə birlikdə yaşayır. İşləməyi dayandırmağı isə hələlik düşünmür.

Medianews.az

Bizə qoşulun