Medianews.az
İdmançı köpəkbalığının
88 baxış

İdmançı köpəkbalığının qurbanı oldu

ABŞ-də qadın triatlonçu köpəkbalığının qurbanı olub.

Medianews.az xəbər verir ki, təcrübəli triatlonçu və üzgüçülük klubunun qurucusu ABŞ-nin Sakit okean sahillərində üzdükdən sonra itkin düşüb.

21 dekabr bazar günü günortadan sonra Kelp Krawlers üzgüçülük komandası Kaliforniyadakı Lovers Point sahillərində üzürdü. Sahilə qayıtdıqdan sonra qrupun qurucusu 55 yaşlı Erika Foksun itkin düşdüyünü aşkar ediblər. Qayıqlar, dronlar, dalğıclar və helikopterlərin iştirak etdiyi axtarış əməliyyatı 155 kvadrat kilometr ərazini əhatə edib. Lakin axtarış uğursuz olub və 15 saatdan sonra əməliyyat dayandırılıb.

Dəniz yırtıcılarını sevən və uzun illər onları öyrənib qoruyan idmançının meyiti hələ də itkin düşüb. Hakimiyyət orqanları onun köpəkbalığı hücumunun qurbanı olduğunu düşünür. Şahidlərdən biri sahil mühafizəsinə ağzında insan bədəninə bənzər bir şey olan köpəkbalığı gördüyünü bildirib.

Medianews.az

Bizə qoşulun