İstanbulun Kağıthane rayonunda ailə münaqişəsi qanlı hadisə ilə nəticələnib. 52 yaşlı Rüstəm Ç. boşanma ərəfəsində olduğu həyat yoldaşı Nimet Ç.-ni və Məhəmməd U.-nu qaldıqları hoteldə yaxalayıb.
Medianews.az xəbər verir ki, hadisə 18 noyabr axşamı baş verib.
Sentyabr ayında ailə evini tərk edən Nimet Ç.-nin yerini tapa bilməyən Rüstəm Ç. bir müddət əvvəl onun axtarışı üçün televiziya proqramına müraciət etmişdi. Daha sonra qadının Məhəmməd U. ilə birlikdə Kağıthanedə bir hotelə yerləşdiyi müəyyən edilib.
Hotelə gizlicə daxil olan Rüstəm Ç. cütlüyü eyni otaqda görərək əvvəlcə həyat yoldaşını döyüb, daha sonra Məhəmməd U.-nu bıçaqlayıb. Hotel işçilərindən biri müdaxilə edərək hücumun qarşısını qismən ala bilib. Hadisə anı təhlükəsizlik kamerasına düşüb.
Yaralılar xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin stabil olduğu bildirilir. Məhkəmənin qərarı ilə Rüstəm Ç. “qəsdən xəsarət yetirmə” ittihamı ilə həbs edilib.
Medianews.az