Medianews.az
Honkonqdakı yanğın
36 baxış

Honkonqdakı yanğın söndürüldü

Honkonqda yerləşən “Wang Fuk Court” yaşayış kompleksində 2 gün davam edən yanğın tamamilə söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

“Xilasetmə işləri davam etdirilir. Binaların içində heç kimin qalmadığına əmin olmaq üçün bütün mənzillərə baxış keçirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, ən son məlumatlara görə, yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

Bizə qoşulun