Adolf Hitler Uunona Namibiyada keçirilən regional seçkilərdə qalib gələrək beşinci müddətə Ompundja rayonunda regional şuranın üzvü seçilib.
Medianews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçi, hakim partiya Cənubi Qərbi Afrika Namibiya Xalq Təşkilatı tərəfindən namizəd göstərilib və səslərin 85 faizini qazanıb.
Qeyd olunur ki, Uunona yaxınlarda soyadındakı “Hitler” elementini çıxarmaq üçün müraciət edib. Namibiyada bu qeyri-adi ad və soyad ona atasının verdiyi bildirilir.
Adolf Hitler Uunona əvvəlki açıqlamalarında bildirib ki, onun nasist ideologiyası ilə heç bir əlaqəsi yoxdur və dünya hökmranlığına can atmır.(Publika.az)
