Medianews.az
Hindistanın şərqindəki xəstəxanada baş verən yanğında azı
99 baxış

Hindistanın şərqindəki xəstəxanada baş verən yanğında azı 10 nəfər həlak olub

Hindistanın şərqindəki Odişa ştatında yerləşən dövlət xəstəxanasında baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.

Bu barədə NDTV məlumat yayıb.

Yanğın ştatın Kattak dairəsində yerləşən SCB Tibb Kolleci və Xəstəxanasının reanimasiya şöbəsində baş verib.

Məlumata görə, xəsarət alanların əksəriyyəti xəstələri xilas etməyə çalışan müalicə müəssisəsinin əməkdaşlarıdır.

Aidiyyəti xidmətlər yanğının səbəblərini müəyyənləşdirir./report

Bizə qoşulun