Medianews.az
Hindistanda fövqəladə vəziyyət –
108 baxış

Hindistanda fövqəladə vəziyyət – Yüzlərlə uçuş və qatar gecikdi - FOTO

Hindistanın paytaxtı Dehli və ətraf bölgələr ciddi hava çirkliliyi səbəbindən fəlakət vəziyyətindədir.

NDTV və Hindistan Meteorologiya Departamentinin (IMD) məlumatına görə, sıx duman və çirklilik 100-dən çox uçuşun ləğvinə və 300-dən çox uçuşun təxirə salınmasına səbəb olub.

Qatar xidmətləri də vəziyyətdən təsirlənib: 90-dan çox qatar altı-yeddi saat gecikib. IMD bölgəyə "narıncı" həyəcan siqnalı verib.

Ekspertlər bildirir ki, paytaxt və ətraf ərazilərdə qaz, odun, kömür və küləşin yandırılması və küləyin zəifliyi çirkliliyi artırır və tənəffüs yolları xəstəliklərinə yol açır.

Milli.Az

Bizə qoşulun