Medianews.az
Heydər Əliyevi qəzəbləndirən məsələ
86 baxış

Heydər Əliyevi qəzəbləndirən məsələ ORTAYA ÇIXDI

Ümummilli lider Heydər Əliyevin vaxtilə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.

Medianews.az xəbər verir ki, bununla bağlı iqtisadçı Əkrəm Həsənov sosial şəbəkə hesabında arxiv video paylaşıb.

Yayımlanan kadrda Heydər Əliyevin ərəb mənşəli “kəşfiyyat” sözünün kursant tərəfindən “keşfiyyat” kimi yazılmasına etiraz etdiyi görünüb.

“Ola bilər ki, kiminsə ləhcəsi belədir, amma Azərbaycan dilində kəşfiyyatdır!”, – deyə ümummilli lider vurğulayıb.

Daha sonra o, türkiyəli zabitə bildirib ki, sözün düzgün yazılması üçün lazım olan proqram yükləmək lazımdır.(Globalinfo.az)

Bizə qoşulun