Milli Məclisin iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər müzakirə olunub.
Musavat.com bildirir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Bildirib ki, rəhbərlik etdiyi komitənin profilinə uyğun olan qanun layihəsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.2.3.maddəsində dəyişikliklə bağlıdır:
“Belə ki, “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsində “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilir”.
Arzu Nağıyev 2-ci oxunuşda müzakirə olunan, hər hansı əlavə və təkliflərin irəli sürülmədiyi layihənin komitədə də müzakirə olunduğunu söyləyib. Qanun layihəsi plenar iclasda son oxunuşda qəbul edilib.