Son günlər şəxsi həyatı ilə bağlı suallara cavab verməyən türkiyəli məşhur aktrisa Nilsu Berfin Aktaş nəhayət sükutu sosial mediada pozub.
Medianews.az xəbər verir ki, aktrisa prodüser Tolqa Aykutla münasibətdə olduğunu əl-ələ tutduqları foto ilə rəsmən açıqlayıb.
Aktaş paylaşdığı şəkildə sevgilisi Tolga Aykutla birlikdə görüntülənib və fotonun altına “Artıq bir il keçib” sözlərini yazaraq münasibətlərinin ildönümünü qeyd edib. Bu açıqlama aktrisanın bir müddətdir gizli saxladığı eşq macərasına nöqtə qoyub.
Qeyd edək ki, Nilsu Berfin Aktaş ötən həftə qonaq olduğu proqramda sevgi həyatı ilə bağlı suala cavab verməyərək diqqət çəkmişdi. O, təxminən 10 aydır biri ilə münasibətdə olduğunu demiş, amma ad açıqlamamışdı.
Medianews.az 