Amerikalı dietoloq Maddie Pasquariello, gündəlik həyatında da tətbiq etdiyi 80/20 qaydasını açıqlayıb.
Medianews.az xəbər verir ki, qaydaya görə, qida qəbulunun 80%-i sağlam, emal olunmamış məhsullardan, qalan 20%-i isə zövq üçün şirin və ya kalorili yeməklərdən ibarətdir.
Pasquariello qeyd edib ki, gün ərzində salatlar, yulaf lapası və qoz-fındıqla zəngin proteinli yeməklərlə qidalanır. Amma ara-sıra pendirli pizza, desert və ya dondurma da yeyir. Dietoloq hesab edir ki, “Həmişə və ya heç nə” prinsipi çox məhdudlaşdırıcı ola bilər.
O, hər gün səhər erkən idman etdiyini vurğulayıb. Həmçinin yüksək protein və lif qəbuluna diqqət etdiyini, günorta və axşam yeməklərində isə əsasən tərəvəz, kinoa, toyuq və ya balıq seçdiyini bildirib.
Pasquariello əlavə edib: “Mən şirniyyatsız bir gün keçirmirəm. Şirniyyat yemək mənim gündəlik rutinimdir. Özümü və ya başqalarını bu anlardan məhrum etmək istəmirəm.”
Medianews.az