Medianews.az
Hemilton "Ferrari" prezidentinin tənqidinə
334 baxış

Hemilton "Ferrari" prezidentinin tənqidinə cavab verib

Yeddiqat dünya çempionu və "Ferrari" pilotu britaniyalı Lyuis Hemilton komanda prezidenti Con Elkannın tənqidinə cavab verib.

Oxu.Az "RaceFans" nəşrinə istinadən xəbər verir ki, Hemilton Con Elkannla əla münasibətlərinin olduğunu vurğulayıb:

"Mən Conla hər həftə danışıram, bizim əla münasibətlərimiz var. Komandamızda həvəs yoxa çıxmayıb. Biz ili güclü şəkildə başa vurmaq istəyirik. Hesab etmirəm ki, onun dediyi sözlər günahkar axtarışıdır. Hamımız eyni qayıqdayıq. İstər-istəməz, hamımız məsuliyyət daşımalıyıq, və hər birimiz komandaya öz töhfəmizi verməliyik".

Qeyd edək ki, bir müddət əvvəl "Ferrari" komandasının prezidenti Elkann pilotların "daha az danışmalı və işə daha çox fokuslanmalı" olduqlarını bildirmişdi.

Bizə qoşulun