Medianews.az
Tanınmış aparıcı da SAXLANILDI -
218 baxış

Tanınmış aparıcı da SAXLANILDI - Telefonundan görün nələr çıxdı

Türkiyədə tanınmış şəxslərə qarşı əməliyyatlar davam edir.

Medianews.az xəbər verir ki, əməliyyat çərçivəsində tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci həbs olunub.

Onun saçından götürülən nümunədə narkotik maddə aşkar edilib. 

Qeyd edək ki, Cebeci daha əvvəl də narkotik araşdırması çərçivəsində müvəqqəti olaraq saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı. Lakin sonradan ifadəsi üçün yenidən ədliyyəyə çağırılan spiker narkotik maddə istifadəsi və istifadəsini asanlaşdırmaq ittihamı ilə həbs edilib.

Jurnalist Cem Küçük TGRT-də yayımlanan verilişdə bildirib ki, onun telefonundan narkotik alma, yer göstərmə və təmin etmə kimi qanunsuz hərəkətlərə dair məlumatlar tapılıb. Jurnalist qeyd edib ki, telefonundan çıxan bu məlumatlar bəzi şəxsləri ciddi problemlərlə üzləşdirə bilər.

Medianews.az

Bizə qoşulun