Medianews.az
Hazırda AXCP-yə kim rəhbərlik edir? -
34 baxış

Hazırda AXCP-yə kim rəhbərlik edir? - AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs olunub. Bəs təşkilata hazırda kim rəhbərlik edir?

AXCP sədrinin müavini Seymur Həzi “Yeni Sabah”a bildirib ki, Nizamnaməyə əsasən, Xalq Cəbhəsində sədrdən sonra ikinci vəzifəli şəxs Ali Məclisin rəhbəridir. 

Amma hazırda bu vəzifə boşdur.

S.Həzinin sözlərinə görə, Ə.Kərimlinin həbsindən sonra AXCP kollegial idarə olunur.

“Hazırda AXCP Ali Məclisinin sədri vəzifəsi boşdur. Ancaq olsa belə, qərarları Rəyasət Heyəti verir. Yəni AXCP kollegial formada idarə olunur. Nizamnaməyə əsasən, sədr olduğu zaman qərarlar partiyanın Rəyasət Heyətində qəbul olunur. Bu proses davam edəcək. Əli Kərimlinin yerinə hər hansı şəxsin müvəqqəti təyin edilməsi və ya seçilməsi nəzərdə tutulmayıb”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Bizə qoşulun