Medianews.az
"Harri Potter"ın tanınmış aktyoru
91 baxış

"Harri Potter"ın tanınmış aktyoru vəfat etdi

"Harri Potter və ölüm hədiyyələri: 1-ci hissə" filmində yaşlı "Gelert Grindelvald" rolunu canlandıran britaniyalı aktyor Maykl Birn vəfat edib.

Medianews.az xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Maykl 1964-cü ildə teatrda aktyorluğa başlayıb. Aktyorun kino karyerası isə 1972-ci ildə start götürüb.

Birn ən çox filmlərdə ikinci dərəcəli rollarda oynayıb. O, "Tacqoyma küçəsi", "Cəsur ürək", "İndiana Cons" filmlərindəki obrazları ilə tanınıb./Axşam.az

Bizə qoşulun