Medianews.az
Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı təxribatlara göz yumur
1,060 baxış

Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı təxribatlara göz yumur

Rusiya hakimiyyəti rusca bilməyən miqrant uşaqlarını məktəblərə qəbul etməmək qərarı verib. Rusiyada şovinizm Kremldən idarə olunur. Digər millətlərə qarşı ayrı-seçkilik siyasəti hər gün güclənir.

Rusiyanın tətbiq etdiyi qaydanı Kremlin vassalı olan Gürcüstan hökuməti də edir. Gürcüstanda azərbaycanlılara qarşı hücumlar getdikcə artır.

Bu həftə Gürcüstanda bir gürcü yerli azərbaycanlıya tapança ilə hücum edərək onu gürcü dilini bilməməkdə qınayıb, hədələyib. Ötən həftə də bu ölkədə azərbaycanlıya qarşı oxşar təhdid olmuşdu.

Rusiya kəşfiyyatı Gürcüstanda eyni ssenarini tətbiq edir. Gürcüstan hökuməti isə proseslərdən məmnun görünür.

Gürcüstanın hakim  Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Rusiyanın layihəsi olduğunu sübut edib. Gürcüstan 1990-cı illərin ölkəsinə çevrilmək yolundadır. Gürcüstanda milli hakimiyyətin formalaşması Azərbaycanın maraqlarına cavab verir.

Rəsmi Bakı Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmalı və bu təxribatların qarşısının alınmasını tələb etməlidir. Rusiyanın iki xalq arasında yeni təxribatlara əl atdığını onların nəzərinə çatdırmalıdır. Baş verənlər Gürcüstan hökuməti üçün mənfi proseslərə gətirib çıxara bilər.

Məhəmməd Əsədullazə,
siyasi ekspert

Bizə qoşulun