Medianews.az
Günəşdə güclü
134 baxış

Günəşdə güclü partlayışlar gözlənilir

26-27 yanvar tarixlərində Günəşdə güclü alışmalar gözlənilir.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“26-27 yanvar tarixlərində günəşdə əsasən aşağı günəş aktivliyi gözlənilir, M sinfindən olan alışmaların baş verəcəyi mümkündür”, -deyə institudan bildiriblər.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Bizə qoşulun