Medianews.az
Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər -
32 baxış

Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər - BİLİNMƏYƏNLƏR

Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deportasiya edilib. Məhz bundan sonra bir sıra hüquqi məsələlər gündəmə gəlib.

Deportasiya hansı hallarda həyata keçirilir? Bir dövlətin vətəndaşı səfərdə olduğu ölkədə hansı hallarda öz ölkəsinə qaytarılır? Şəxs istəsə, üçüncü ölkəyə gedə bilərmi?

Globalinfo.az-a danışan vəkil Hikmət Əliyev deyib ki, deportasiya əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədən məcburi çıxarılmasıdır:

“Qabun bunu yalnız konkret hallarda tətbiq edir. Buna şəxsin vizasının və ya yaşama icazəsinin ləğvi, onun ölkədə olmasının arzuolunmaz sayılması, cəzaçəkmədən azad edildikdən sonra burada qalması üçün hüquqi əsasın olmaması və qaçqın statusu verilməsindən imtina edilməsi hallarını göstərmək olar. Bir ölkənin vətəndaşı səfərdə olduğu başqa ölkədə miqrasiya qaydalarını pozduqda, viza müddətini aşdıqda, saxta sənəd təqdim etdikdə və ya ictimai qayda üçün risk yaratdıqda geri qaytarıla bilər”.

Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər - Bilinməyənlər

Hikmət Əliyev 

Vəkilin sözlərinə görə, deportasiya yalnız şəxsin öz ölkəsinə göndərilməsi demək deyil:

“Qanuna görə, əcnəbi əvvəlcə vətəndaşı olduğu ölkəyə, bu mümkün deyilsə, birbaşa gəldiyi ölkəyə göndərilir. Vətəndaşlığı olmayan şəxs isə ya daimi yaşadığı ölkəyə, ya gəldiyi ölkəyə, ya da onu qəbul etməyə hazır olan üçüncü bir ölkəyə çıxarıla bilər. Yəni şərait imkan verirsə, deportasiya üçüncü ölkəyə getməyi də istisna etmir. Beləliklə, deportasiya həm tətbiq əsasları, həm də istiqamət seçimi baxımından qanunla dəqiq tənzimlənən bir prosedurdur. Şəxsin hansı ölkəyə çıxarılacağı onun hüquqi statusu və qəbul edən ölkənin mövqeyi ilə müəyyən olunur”.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır.

Bizə qoşulun