Medianews.az
Gözəllik kraliçası avtoqəzada
141 baxış

Gözəllik kraliçası avtoqəzada həlak oldu

Meksikada Oteasan şəhərindən olan 22 yaşlı gözəllik kraliçası Lucero Ramirez ölümcül qəzaya uğrayıb.

Medianews.az xəbər verir ki, bu barədə La Crónica de Hoy nəşri yazıb.

İyirmi iki yaşlı Ramirez anası və başqa bir qohumu ilə birlikdə Mexiko şəhərinə gedirdi. Onlar xeyriyyə səfəri çərçivəsində paytaxta oyuncaqlar və şirniyyatlar daşıyırdılar və onları uşaqlara paylamağı planlaşdırırdılar. Ramirez üçün bu, Milad ənənəsi idi (Meksikada Milad 25 dekabrda qeyd olunur).

Yolda təsadüfən maşının təkərinin deşilməsi nəqliyyatın sürüşməsinə səbəb oldu. Qız idarəetməni itirdi və maşın yoldan çıxaraq aşdı. Ramirez maşından atıldı. Qızın anası və qohumu sağ qaldı. Onlar xəstəxanaya aparıldılar.

Ramirez 2023-cü ildə gözəllik müsabiqələrində iştirak etməyə başlayıb və doğma şəhəri Oteapanda (Verakruz) keçirilən Gül festivalında ən gözəl qız titulunu qazanıb. Daha sonra o, ştatı milli "Miss Müstəqillik" və "Miss Turizm" müsabiqələrində təmsil edib.

Mərhum həm də siyasətlə məşğul idi.

Medianews.az

Bizə qoşulun