Medianews.az
Gəncədə avtobus qəzası -
40 baxış

Gəncədə avtobus qəzası - Ölən var

Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı minik avtomobili ilə “Bakubus” MMC-yə məxsus marşrut avtobusu toqquşub.

Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananlar da var.

Faktla bağlı araşdırma başlanılıb.

Bizə qoşulun