Medianews.az
Gecəni yatmamaq… -
361 baxış

Gecəni yatmamaq… - həkim təhlükəni açıqladı

“Yuxusuz bir gecədən sonra təhlükəli yuxu pozğunluqları yaranır”.

Medianews.az xəbər verir ki, bunu terapevt Hana Patel deyib.

"Qeyri-ixtiyari və çox qısa yuxu pozğunluqları oyandıqdan beş-səkkiz saat sonra baş verə bilər. Bunlar adətən cəmi bir neçə saniyə davam edir, lakin siz avtomobil idarə edirsinizsə və ya ağır texnika işlədirsinizsə, onlar çox təhlükəlidir", - Patel xəbərdarlıq edib.

O əlavə edib ki, yuxusuz gecənin ertəsi günü şirniyyat və karbohidratlara olan istəklə yanaşı aclıq da artır. Patel istəklərə və həddən artıq yeməyə təslim olmamağa çağırıb. O, asan həzm olunan qidalara üstünlük verməyi tövsiyə edib, çünki yuxusuzluq həzmi poza bilər.

Medianews.az

Bizə qoşulun