Burundidə futbol matçı zamanı ağır hadisə baş verib.
"Qepye-dyu-Lak" klubunun yarımmüdafiəçisi İqiraneza Ayme Gerikin "Amassipiri" komandası ilə keçirilən qarşılaşma zamanı qəfil özünü pis hiss edib.
Məlumata əsasən, futbolçu cadugərlik ayini çərçivəsində ağzında saxladığı qəpiyi udub. Dəmir pul boğazına düşərək nəfəs borusunu bağlayıb və bu, onun boğulmasına səbəb olub.
Hadisədən dərhal sonra tibbi heyət meydançada müdaxilə etsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib./Mili.az/