Sağlamlıq və uzunömürlülük üçün tək bir vərdişi seçmək mümkün olsaydı, o, gündəlik gəzinti olardı.
Foodinfo.az kp.ru saytına istinadla xəbər verir ki, fizioterapevt Ana Galeote qeyd edib ki, 10 000 addımın mifinə bağlı qalmamaq lazımdır. Daha vacib olan, gəzintinin müddətini tədricən və davamlı artırmaqdır.
Ekspert bildirib ki, gündə 2 min addımı 2,5 minə artırmaq ümumi ölüm riskini 8% azaldır. Təxminən 8,8 min addım isə ölüm riskini təxminən 60% azaldır.
Gəzməyin faydası yalnız artıq çəki ilə mübarizə ilə məhdudlaşmır. Mütəxəssis əlavə edib ki, müntəzəm gəzintilər əhval-ruhiyyəni yaxşılaşdırır, beyin fəaliyyətini stimullaşdırır, ürək-damar sistemini gücləndirir və maddələr mübadiləsini sürətləndirir.
Galeote vurğulayıb ki, gəzinti sadə, əlçatan və hər yaş üçün faydalı sağlamlıq vərdişidir, gündəlik rasiona daxil edilməlidir.