Medianews.az
Faciədən bir il sonra...
209 baxış

Faciədən bir il sonra... AZAL təyyarəsindən YENİ VİDEO YAYILDI

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qıstarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Həmin kadrları təqdim edirik:

Bizə qoşulun