Medianews.az
Ermənistan qaranlığa qərq oldu
72 baxış

Ermənistan qaranlığa qərq oldu

Ermənistanın bir neçə bölgəsində əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” (EŞA) şirkətinin mətbuat xidməti məlumat yayıb.

EŞA-nın məlumatına görə, elektrik enerjisinin kəsilməsi Araqatsotn, Geqarqunik, Lori və Armavir vilayətlərində, həmçinin Kotayk vilayətində və İrəvanın bəzi rayonlarında qeydə alınıb.

Bildirilib ki, elektrik kəsintilərinə güclü külək səbəb olub. Şirkət hava şəraitinin fəsadlarının aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlərin davam etdiyini açıqlayıb.

Bizə qoşulun