Meksikada faciəvi hadisə baş verib. Avtomobil qəzasında dünyasını dəyişən ərinin tabutu görən qadın ölüb.
Medianews.az xəbər verir ki, ər-arvad bir neçə saat fərqlə dünyasını dəyişib.
Qəzada ölən kişinin cəsədi dəfn evinə gətirilib. Qadın ərini tabutda görərkən huşunu itirib və ürək tutmasından vəfat edib.
Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Cütlüyün kiçik bir qızı qalıb. Onlar birgə dəfnə hazırlanır.
Medianews.az