Medianews.az
Ərdoğana görə boşanmağımızı təxirə saldıq -
124 baxış

Ərdoğana görə boşanmağımızı təxirə saldıq - Akçıl

Türkiyəli məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma prosesi ilə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.

Medianews.az Bakupost.az-a istinadən xəbər verir ki, Akçıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə etdiyini söyləyib.

“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”, - o deyib.

Akçıl görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.

Prezident Ərdoğanın məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını söyləyən məşhur müğənni “Prezidentimiz boşanmağımı bir il təxirə salmağa təkid etdi. Məntiqli şeylər dedi. Ona görə də yenidən cəhd etdik, alınmadı”, - qeyd edib.

Bizə qoşulun