Medianews.az
Ərdoğan Türkiyənin düşmənlərinə
63 baxış

Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi

Hər kəsə bildirin ki, keçmişdə olduğu kimi, bu gün də sülh və əmin-amanlığın tərəfindəyik. Amma bu, ədalətsizliyə göz yumacağımız və ya zülm qarşısında susacağımız mənasına gəlmir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən deyib. 

"İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də başqa bir yerdə olsun, nə heç kimin haqqını tapdalamarıq, nə də haqqımızın tapdalanmasına icazə verəcəyik".

O qeyd edib ki, ölkəsi terror bəlasından qurtulmaq üzrədir.

"Biz siyasi mənfəət güdmürük. Türkiyənin qarşısında açılan fürsət pəncərəsini tam şəkildə istifadə etməyə və ölkəmizi terror bəlasından əbədi olaraq qurtarmağa çalışırıq"./Modern.az/

Bizə qoşulun