Medianews.az
Əraqçinin planı BİLİNDİ -
88 baxış

Əraqçinin planı BİLİNDİ - Siyahısında onlar var

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Medianews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

"Yaxın iki-üç gün ərzində İran XİN rəhbərinin Rusiya və Belarusa səfəri nəzərdə tutulur. Rusiyada Lavrovla görüşlə yanaşı, parlament nümayəndələri ilə də təmaslar planlaşdırılıb”, – deyə o bildirib.

Bəqayi qeyd edib ki, Belarusda Abbas Əraqçinin ölkə prezidenti Aleksandr Lukaşenko, xarici işlər naziri Maksim Rijenkov və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulur.

Bizə qoşulun