Türkiyədə 42 yaşlı Emine Ç. boşanmaq üzrə olduğu və əvvəlcə barəsində uzaqlaşdırma qərarı çıxartdığı əri A.Ç. tərəfindən evinin qarşısında pompalı tüfənglə öldürülüb.
Medianews.az xəbər verir ki, hadisə səhər saatlarında Kırklarsırtı məhəlləsində baş verib.
Silah səslərini eşidən qadının 24 yaşlı oğlu atalarının avtomobillə qaçdığını görərək polisə məlumat verib. Hadisə yerinə çatan təcili yardım Emine Ç.-nin yerindəcə həyatını itirdiyini təsdiqləyib.
Şübhəli A.Ç. daha sonra polisə təslim olub. Onun cinayəti “arvadının uzaqlaşdırma qərarı aldırmasına görə” törətdiyini etiraf etdiyi bildirilir.
Tüfəng şübhəlinin avtomobilində tapılaraq müsadirə olunub.
Məlumata görə, Emine Ç. iki ay əvvəl bu məhəlləyə köçmüşdüş. Uzaqlaşdırma qərarı isə keçən ayın sonun qüvvədən düşmüşdü.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az