Medianews.az
"Epşteyn işi" üzrə 30 min məxfi sənəd açıqlandı
115 baxış

"Epşteyn işi" üzrə 30 min məxfi sənəd açıqlandı

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi üzrə 30 min sənəddən ibarət yeni məxfi arxivi açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Məlumata görə, bu sənədlərin bəzilərində ABŞ Prezidenti Donald Tramp haqqında 2020-ci il prezident seçkisindən əvvəl ortaya atılan iddiaların yalan olduğunu göstərən sübutlar var.

Nazirlik həmçinin qeyd edib ki, sənədlər potensial zərərçəkənlərin şəxsiyyətini qorumaq üçün redaktə edilib.

Xatırladaq ki, 19 dekabrda ABŞ Ədliyyə Nazirliyi "Epşteyn işi" ilə bağlı təxminən 4 000 sənəd və fotoşəkil yayımlayıb.

Bizə qoşulun