Medianews.az
Ən sürətli enerji
136 baxış

Ən sürətli enerji yığan telefon

Honor Magic 8 Ultra ən sürətli enerji yığan smartfon kimi qiymətləndirilib.

Medianews.az xəbər verir ki, bəzi insayderlər Honor-un hələ buraxılmamış flaqmanının texniki xüsusiyyətlərini açıqlayıblar.

Onlar qeyd ediblər ki, smartfon Çinin tənzimləyici orqanı 3C-də mövcüddur və bu, istehsalçının cihazı regionda satışa hazırladığını göstərir. Magic 8 Ultra adlı yeni cihaz 120 vata qədər enerji doldurmağı dəstəkləyir.

Jurnalistlər bildiriblər ki, əgər bu doğrudursa, Honor ən sürətli enerji yığan smartfona çevrilir. Onlar qeyd ediblər ki, bu baxımdan o, iPhone 17 Pro Max, Galaxy S25 Ultra və Pixel 10 Pro XL daxil olmaqla bir çox rəqibləri geridə qoyacaq. Cihaz həmçinin oktyabr ayında təqdim edilən Honor Magic 8 və Magic 8 Pro-dan daha güclü olacaq.

İnsayderlər bildiriblər ki, smartfon ən yüksək səviyyəli Snapdragon 8 Elite Gen 5 prosessoru ilə satışa çıxarılacaq. Onun əsas kamerasında OmniVision OV50R sensoru da olacaq. Cihaz 7200 mAh batareya ilə buraxılan Magic 8 Pro-dan daha böyük batareyaya sahib olacaq.

Medianews.az 

 

Bizə qoşulun