Səadət Bənənyarlı: “Aministiya aktında öz əksini tapmayan bəzi maddələr var ki...”
Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini ötən həftə təsdiqlədi və artıq Aministiya Aktının icrasına başlanılıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin qəbul etdiyi Amnistiya aktından danışarkən deyib ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul edilən Amnistiya aktı çərçivəsində 5 min məhbus azadlığa çıxacaq.
Onun sözlərinə görə, bu Aministiya aktı çərçivəsində 15 min nəfərin cəzası azaldılacaq: “Bəzilərinin cəzasının bir hissəsi, bəzilərinin isə yarıya qədər azaldılacaq. Biz də buna paralel olaraq bu gün əfv fərmanının verilməsi ilə bağlı Prezidentə müraciət ünvanladıq".
Aministiya aktından sonra hüquq müdüfaiəçilərinin əfvlə bağlı Prezidentə müraciət etməsi həqiqətən də müsbət haldır. Aminsitaya kimi əfv qərarını gözləyən yüzlərlə məhbus var ki, azadlığa çıxmaq istəyir.
“Biz inanırıq ki, səsimiz eşidiləcək və Əfv Fərmanı ilə bir sıra məhbusların azadlığa çıxacağının şahidi olacağıq”
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu müraciəti zəruri edən məqamlar var və amnistiya aktından sonra əfvin olması da arzuedləndir. “Cənab Prezident tərəfindən Amnistiya aktı ilə bağlı təşəbbüs irəli sürüldü. Amnistiya Aktı ilə bağlı layihə Milli Məclisdə təsdiqlənib. Amnistiya aktında öz əksini tapmayan bəzi maddələr var ki, biz həmin maddələr üzrə məhkum olunmuş insanlara daha bir şans verilməsini nəzərə alaraq Prezidentə müraciət etdik. Amnitiya ilə paralel olaraq Əfv fərmanının da verilməsi çox müsbət bir addım olardı.
Biz inanırıq ki, səsimiz eşidiləcək və Əfv Fərmanı ilə bir sıra məhbusların azadlığa çıxacağının şahidi olacağıq”.
S.Bənənyarlı bildirdi ki, dekabrın 22-də sözügedən müraciət ünvanına çatdırılacaq, eyni zamanda müraciətin mətnini KİV də yayacaq.
S.Bənənyarlı qeyd etdi ki, artıq onlar tərəfindən siyahı tərtib edilib... “Amma bilmirik bu akt onlardan kimlərə şamil olunacaq. Bizdə olan məlumata görə, siyahıdakılarla bağlı amnistiya aktı çox az adama tətbiq oluna bilər. Ona görə də Amnistiya aktına paralel əfv fərmanının verilməsini xahiş edəcəyik”-deyə S.Bənənyarlı qeyd etdi.
O vurğuladı ki, həmin şəxslərin əfv edilməsi onlara ikinci bir şansın tanınması olardı.