Elm-təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”mövzusunda çıxışı zamanı deyib ki, təhsil müəssisələrində şagird və tələbələrə dinlə bağlı məlumatlar verilir.
Orta məktəblərdə bu mövzular həyat bilgisi və tarix fənləri çərçivəsində, ali təhsil müəssisələrində isə multikulturalizm fənni, tarix fənni vasitəsilə tədris olunur.
Musavat.com-un xəbərinə görə, nazir müavini bildirib ki, dinə münasibətlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Şagird və tələbələrə din haqqında məlumat vermək mümkündür, lakin təhsil sistemində dini təbliğ etmək düzgün deyil.
Firudin Qurbanov fikrini belə əsaslandırıb ki, din etiqad məsələsində insanlar azad olmalı, hər kəs öz seçimini özü etməlidir.