Medianews.az
Əli Kərimlinin partiyası
105 baxış

Əli Kərimlinin partiyası LƏĞV OLUNUR?

Xəbər verildiyi kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan partiya sədrinə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyətin zorla ələ keçirilməsi və ya zorla saxlanılmasına yönələn hərəkətlərdə iştirak ittihamı irəli sürülüb. Qanunvericiliyə görə, bu maddə Azərbaycan Konstitusiyasına qarşı zor tətbiqi ilə dövlət hakimiyyətinin dəyişdirilməsi cəhdlərini nəzərdə tutur. İttiham sübuta yetirildiyi halda, maddə 12 ildən 20 ilədək, bəzi hallarda isə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiqini nəzərdə tutur.

Məhkəmənin qərarı ilə Əli Kərimli və onun müavini Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Onların saxlanılması Ramiz Mehdiyevin işi çərçivəsində aparılan istintaqla əlaqələndirilir.

AXCP sədrinin və müavininin həbsi fonunda partiyanın fəaliyyətinin dayandırılması və mümkün ləğvi məsələsi də siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

CİNGİZ SON.jpg (299 KB)

Bununla bağlı Musavat.com-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, istintaqın nəticələrini gözləmək lazımdır:

“Görək bu partiyada daha kimlər hansısa formada qanunun tələblərini pozub cinayət törədiblər və Ramiz Mehdiyev işi ilə əlaqədar verilən ittihamların təsir dairəsinə düşürlər. Onların əməllərinə hüquqi qiymət veriləndən sonra gələcəkdə partiya rəhbərliyinin bu əməldə cinayətinin sübutunu əsas götürərək və partiya üzvlərinin sosial media üzərindən dövlətə, hakimiyyətə, ölkənin konstitusiya quruluşuna qarşı qanuna zidd çağırışlar nəzərə alınaraq Ədliyyə Nazirliyi partiyanın ləğvi ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirə bilər”.

Bizə qoşulun