Medianews.az
Əli Kərimli müayinədən keçirilib, təkadamlıq kameraya salınıb
50 baxış

Əli Kərimli müayinədən keçirilib, təkadamlıq kameraya salınıb

Barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilmiş AXCP sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. 

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, müayinədən sonra AXCP sədri İstintaq Təcridxanasında təkadamlıq kamerada yerləşdirilib.

AXCP sədrinin vəkili Aqil Layic Gununsesi.info-ya açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.

Bizə qoşulun