Türkiyənin Sinop vilayətinin Erfelek rayonunda qeyri-adi hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, qar yağışı altında avtomobili ilə hərəkətdə olan bir kişi yolda çöl donuzları sürüsü ilə qarşılaşıb və maraqlı davranışı ilə diqqət çəkib.
Maşından enən şəxs sürüdən ayrılan bir çöl donuzunu qovaraq əli ilə tutub. O, vəhşi heyvanı bir müddət qucağında saxlayıb, sığallayıb və daha sonra ona heç bir zərər vermədən ehtiyatla yaşayış mühitinə qaytarıb.
Hadisə mobil telefon kamerası ilə lentə alınıb. Görüntülər qısa zamanda sosial mediada yayılaraq maraq və müzakirə doğurub.
Medianews.az