Yolda işıqlandırmanın olmaması həm piyadalar, həm də sürücülər üçün problemlərə səbəb olur.
Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət köhnə Ələt- Astara maqistiral yolunun Salyan rayonunun Yenikənd kəndi ərzisindən keçən hissəsindən gedir.
Sözügedən yol bir vaxtlar ölkənin cənubunu paytaxtı ilə birləşdirən əsas maqistiral hesab edilirdi. Yeni Ələt-Astara maqistral yolu inşa edildikdən sonra köhnə yolla diqqət azalıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, ərazidə hər hansısa işıqlandırma sistemi olmayıb.
O da bildirildi ki, gələcəkdə qeyd edilən ərazidə belə bir layihə nəzərdə tutularsa movcud problemin aradan qaldırması istiqamətində tədbirlər görülə bilər.