Medianews.az
Bakıda qadın sürücünün üzünə tüpürən
52 baxış

Bakıda qadın sürücünün üzünə tüpürən "parkovşik" həbs edildi

Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən “parkovşik” həbs olunub.

Medianews.az publik.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

1984-cü il təvəllüdlü C.V. xanım sürücü S.D. ilə mübahisə edib. Mübahisə C.V.-nin dayanma-durmanı qadağan edən nişanı sökərək, qanunsuz parklanma yerləri yaratması ilə bağlı olub.

Qadın bu hərəkətə etiraz edib. Həmin ərazidə qanunsuz “parkovşik” kimi fəaliyyət göstərən C.V. isə əvvəlcə qadına təpik atıb, daha sonra üzünə iki dəfə sillə vurub və tüpürərək ərazidən uzaqlaşıb.

Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (fiziki ağrı yetirmə) və 454-1-ci (səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili) maddələri ilə protokol tərtib olunub. Məhkəmədə C.V. özünü təqsirli bilməyib, zərərçəkmiş qadın isə qanunauyğun qərar qəbul edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə C.V. 20 gün müddətinə həbs edilib.

Bizə qoşulun