"The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verir ki, ABŞ İranda etirazlar zamanı gizli şəkildə "Starlink" peyk rabitə sistemi terminalları ilə təmin edib.
Medianews.az xəbər verir ki,nəşr iddia edir ki, "İran hakimiyyəti yanvar ayında interneti qəfil bağlamaqla artan iğtişaşları yatırdıqdan sonra, ABŞ ölkəyə təxminən 6000 peyk internet dəstini qaçaqmalçılıq yolu ilə gətirib və bu, ABŞ-ın İrana birbaşa "Starlink" göndərdiyi ilk haldır".
Məqalədə qeyd olunur ki, bundan bir müddət əvvəl ABŞ Dövlət Departamenti İran hökumətinin əleyhdarlarına kömək etmək üçün təxminən 7000 "Starlink" terminalı alıb.
Rəsmilərin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp göndərişlərdən xəbərdar olub, lakin onun planı şəxsən təsdiqləyib-təsdiqləmədiyi bəlli deyil.
Daha əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, onun departamenti bu ilin əvvəlində İranda kütləvi etirazların baş verməsi üçün əhəmiyyətli şərtlər yaradıb.