Medianews.az
Elçin Məsiyev Almaniya klubunun matçını
149 baxış

Elçin Məsiyev Almaniya klubunun matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Milli.Az xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.

Bizə qoşulun