Medianews.az
"Düşünürsünüz ki, omba yekəldib, dodaq şişirdəndə kişi bəyənəcək?"
68 baxış

"Düşünürsünüz ki, omba yekəldib, dodaq şişirdəndə kişi bəyənəcək?"

"Son 10 ildiri qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şəbəkədə buna görə yetəri qədər problem yaşandığını görürük. Həkimlərin çoxunun sertifakı əlindən alındı, adları siyahıda olmadı. Bundan sonra bəzi qadınlarda geriyə addım atma oldu. Bilmirəm başqa ölkədə necədir. Amma xarici ölkəni gəzəndə oradakı qadınların bizdəki qədər gözəllik arxasına düşdüyünü görmürük".

Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Danışır Rövşanə" proqramında deyib. O, plastik-əməliyyatlardan bəhs edib:

"Mütləq dodaq, yanaq şişməlidir? Bıçaq altına düşüb, sonradan problem yaşamaq lazımdır? Nə qədər adam plastik əməliyyata görə problem yaşadı, həkim həbs edildi. Baxırsan ki, normaldır, qadının hər şeyi yerindədir, niyə? Bəhsəbəsdir? Ailədə yaşadığı acıdır? Həyat yoldaşı, yoxsa rəfiqəsi təhrik edir ki, mütləq bədənşəkilləndirmə etdirib, sinə, arxa böyütməlisən? Bunlar baha başa gəlir. Plastik- cərrahların qısa vaxtda varlanmasını gördük. Həkimlərin dövlətini hesablamaq olmur. Kiçik əməliyyat nə qədər bahadı. Nə vacibdir? 20 il əvvəl belə idi? Sevəndə, aşıq olan da var idi. Gözəl ailələr qurulurdu, gözəl qadınlar var idi. Hər kəs individual idi. İndi qadınlar bir-birinə bənzəyir. Bir-birindən ayrımaq olmur. Vacibdir fındıq burun olsun? Şişmiş dodaqlarınız olsun? Kimə görə edirsiniz? Kiçik toxunuş hamıya gərəkdir. Yaşlanmaq istəmir qadınlar. Amma sizin etdiyiniz gözəl deyil. Baxanda şoka düşürsən ki, bel nazik, arxa nə boyda? Bu gözəllik deyil, iyrənc, eybəcərdir. Düşünürsüz ki, kişiləri cəlb edirsiz? Yanılırsız"./Axsam.az/

Bizə qoşulun