Medianews.az
Dünyanın ən sürətli ikinci qatarı hazırlandı
133 baxış

Dünyanın ən sürətli ikinci qatarı hazırlandı

Cənubi Koreya 370 km/saat sürətə çata bilən yeni EMU-370 yüksəksürətli qatarının əsas texnologiyalarını hazırlayıb.

İlk vaqonların istehsalına gələn il başlanacaq, sınaq əməliyyatları isə 2030-cu ildə start götürəcək. Kommersiya istismarına 2031-ci ildən sonra başlanması planlaşdırılır.

Qeyd olunur ki, kommersiya xidmətinə buraxıldıqdan sonra EMU-370 sürətinə görə dünyada ikinci olacaq. Hal-hazırda 400 km/saat sürətlə sınaqlardan keçirilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Çin istehsalı CR450 birinci yerdədir.

Müqayisə üçün, Fransa, Almaniya və Yaponiya kimi ölkələrdə fəaliyyət göstərən mövcud yüksəksürətli qatarların maksimal sürəti təxminən 320 km/saat təşkil edir.(Oxu.Az)

Bizə qoşulun