Medianews.az
Dünya çempionatında qol vuranlar
145 baxış

Dünya çempionatında qol vuranlar

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatında vurulan qolların sayı 231-ə çatıb, bombardirlər siyahısı yenilənib.

Medianews.az bildirir ki, Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 6 qolla öndə gedirlər.

Erlinq Holann (Norveç) 5, Usman Dembele (Fransa) və Vinisius Junior (Braziliya) 4 qola imza atıb.

13 oyunçu 3 qolun, 23 oyunçu 2 qolun, 109 oyunçu 1 qolun müəllifidir.

Turnirdə 12 avtoqol qeydə alınıb.

İyunun 11-dən keçirilən çempionatda 48 komanda 12 qrupda yarışıb, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.

1/16 final mərhələsi iyulun 4-də bitir. 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 zəfər əldə edib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun