Medianews.az
Dubayda “modellik” işi adı ilə qızları
289 baxış

Dubayda “modellik” işi adı ilə qızları belə cəlb edirlər  

Rusiyada16 yaşlı qızlar, şeyxlərlə əylənmək üçün valideynlərinə yalan danışmağa başlayıblar.

Medianews.az xəbər verir ki, bu barədə məlumatı Shot teleqram kanalı yayıb.

Kanalda bildirilir ki, modelliklə məşğul olan agentlər rusiyalı yeniyetmə qızları BƏƏ-yə fəal şəkildə cəlb etməyə başlayıblar.

Şirkətlər, varlı şeyxlərin dəbdəbəli hədiyyələrlə və bir səfər üçün dörd milyon rubla qədər mükafat vədləri ilə qızları  inandırmağa çalışırlar.

Menecerlər partiyalarda nə edəcəklərini heç də gizlətmirlər. Namizədlərdən çimərlik paltarında gəzdiklərini videoya çəkməyi və fotoşəkillər göndərmələrini xahiş edirlər.

Shot teleqram kanalının yazdığına görə, səfərin əsl məqsədindən xəbərsiz olan yeniyetmələrin valideynləri Dubaya səyahət üçün notarial qaydada təsdiq edilmiş razılıq sənədlərini imzalayırlar. Çox vaxt imkansız ailələrdən olan qızlar bu cür razılaşmalarla razılaşırlar.

Medianews.az

 

Bizə qoşulun