Medianews.az
Drkuşiç ruslar haqqında:
67 baxış

Drkuşiç ruslar haqqında: filmdəki kimi deyillər

Rusiyaya məxsus "Zenit" futbol klubunun sloveniyalı müdafiəçisi Vanya Drkuşiç ruslar haqqında danışıb.

Medianews.az xəbər verir ki, futbolçu Rusiyaya köçməzdən əvvəl ruslar haqqında Amerika filmlərindən öyrəndiyini söyləyib.

Filmlərdə ruslar qəddar, mafioz və araq içən kimi təsvir olunur, küçələrdə isə guya ayılar gəzir. Drkuşiç qeyd edib ki, ruslar filmdə təsvir edilən kimi deyillər: insanlar mehriban, şəhərlər gözəl və müasirdir.

Sloveniyalı 2022-ci ildə "Soçi"yə qoşulub və 2024-cü ildə "Zenit"ə keçib.

Medianews.az

Bizə qoşulun