“Depressiya və sosial təcrid demensiyanın inkişaf riskini artırır”.
Medianews.az xəbər verir ki, bunu həkim Yuliya Şpilyukova deyib.
Həkim depressiyanı birinci faktor kimi qeyd edib. Bununla belə, o vurğulayıb ki, xəstəliyi psixoterapiya və ya dərman müalicəsi ilə uğurla remissiyaya gətirənlər üçün demensiya riski depressiya keçirməmiş insanların səviyyəsinə enir.
Şpilyukova qeyd edib ki, ikinci amil sosial izolyasiyadır. “Məhdud sosial qarşılıqlı əlaqə həm xəstəliyin başlanğıcı üçün riskli ola bilər. Buna görə də, müntəzəm sosial qarşılıqlı əlaqə koqnitiv sağlamlığı qorumaq üçün həyati əhəmiyyət kəsb edir.
Həkimin qeyd etdiyi kimi, demensiyanın qarşısının alınması təkcə emosional və sosial sağlamlığın qorunmasını deyil, həm də müntəzəm fiziki fəaliyyətin, eləcə də yuxu və istirahət rejiminin qorunmasını əhatə edən kompleks yanaşma tələb edir.
Medianews.az